Azərbaycan millisinin futbolçusu Emin Mahmudov sabah Latviyaya qarşı keçiriləcək yoldaşlıq oyunundan öncə təşkil olunan mətbuat konfransında iştirak edib. Sport24.az xəbər verir ki, yarımmüdafiəçi media nümayəndələri ilə görüşdə bunları deyib:
– Yaxşı oyun göstərib, qalib gəlmək istəyirik. İnanıram ki, bunu bacararıq. Bunun üçün keyfiyyətimiz var. Düzdür, Latviya da yaxşı komandadır, amma bizə qələbə vacibdir.
– Millidə ilk qolunu Latviyaya vurmusan. Sabah da fərqlənməklə 15-ci qolu vurub, bombardir ola bilərsən. Nə düşünürsən?
– Bu haqda düşünmürəm. Vacib olan millinin qələbəsidir. Bunu düşünsəm, çətin olacaq. Şans düşsə, vuraram. Yenə də əsas olan komandanın qələbəsidir.
– Sabah kapitan kimi meydana çıxacaqsınız?
– Qərarı məşqçi verəcək.
– Özünü necə hiss edirsiniz?
– Əlbəttə, millidə olmaq üçün çox çalışıram. Maksimum yaxşı mübarizə aparıram. Üzərimdə işləyirəm ki, formada qalım, daha çox oynayım. Ümid edirəm ki, milliyə köməyim dəyər.