"Düşünürəm ki, həyatımda bir çox vacib oyunlar olub". Sport24.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin sabiq baş məşqçisi Canni De Byazi "Albania Live" telekanalına müsahibəsində deyib.

İtaliyalı mütəxəssis Albaniya yığmasında işlədiyi dönəmdə 11 il əvvəl Serbiya komandasına qarşı keçirdikkəri matçı xatırlayıb:

"Bu, fərqli matç idi. Çünki orada bizi öldürməyə çalışıblar. Bəxtimiz gətirdi ki, ciddi xəsarət almadıq. Meydanı tərk edəndə hər kəs yaxşı idi".

De Byazi hazırkı Albaniya yığmasının həmin vaxtdakı komandada daha yaxşı olduğunu vurğulayıb: "Çünki indiki futbolçular böyük klublarda çıxış edirlər. İngiltərədə, Almaniyada, İtaliyada, Tütkiyədə oynayırlar. Bizim vaxtımızda isə az idi. Məsələn, Ansi Aqolli "Qarabağ"da oynayırdı".

Qeyd edək ki, Canni De Byazi 2011-2017-ci illərdə Albaniya, 2020-ci ildən 2023-cü ilədək Azərbaycan yığmasının baş məşqçisi olub