Xəbər verdiyimiz kimi, "Araz Naxçıvan" "Aris"lə səfərdə 2:2 hesablı heç-heçə edərək adını Konfrans Liqasının 3-cü mərhələsinə yazdırıb. Sport24.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Araz Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev bunları qeyd edib:

 

"Yaxşı oyun izlədik. Hər iki komanda layiqli mübarizə apardı. Bizi səfərdə nəyin gözlədiyini bilirdik. Bu gün şanslı tərəf biz olduq. Penalti epizoduna gəldikdə, hakimlərin qərarını heç vaxt müzakirə etmək istəməmişəm. Bakıdakı oyunda da bizim xeyrimizə penalti təyin edilməli idi, amma bunu etmədilər. Biz də bunu qabartmadıq. Oyunun qırılma nöqtəsi isə penalti epizodu deyildi.

 

"Aris"in oyununu da vurğulamaq lazımdı. Yaxşı, təşkilatlanmış komandadır. Bakıdakı oyunda da geri dönüşü futbolçularım etdi. Hər iki oyunda "Araz-Naxçıvan" meydanda yaxşı işlər gördü.

 

Bu cür mərhələlər iki oyundan ibarətdir. Deyirsiz ki, iki epizodumuz oldun və hər ikisini dəyərləndirdik. Bunlar futbolun elementləridir. Bakıdakı oyuna baxsaq, epizodları hesablasaq, 5:1 hesabı ilə qalib gəlməli idik. Komanda şəklində yaxşı, layiqli mübarizə apardıq. Yolumuza davam edirik".