"Araz-Naxçıvan"ın UEFA Konfrans Liqasının III təsnifat mərhələsində rəqibi məlum olub. Sport24.az xəbər verir ki, Naxçıvan təmsilçisi "Aris"lə 2:2 hesabı ilə heç-heçə etsə də ilk matçdakı 2:1 hesablı qalibiyyətlə növbəti mərhələyə yüksəlib.

 

Təmsilçimiz bu mərhələdə Kipr "Omoniya"sı ilə qarşılaşacaq.

 

Qeyd edək ki, "Omoniya" II təsnifat mərhələsində evdə 1:0 hesabı ilə yendiyi Gürcüstanın "Torpedo"(Kutaisi) komandasını səfərdə 4:0 hesabı ilə darmadağın edib.