Şotlandiyanın "Reyncers" klubunun yeni baş məşqçisi bəlli olub. Sport24.az xəbər verir ki, komandanə Rasl Martin çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

39 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, Martin daha əvvəl "MK Dons", "Svense" və "Sauthempton"da məşqçi kimi çalışıb.