Vaqner Lavın yeni klubu müəyyənləşib. Sport24.az xəbər verir ki, braziliyalı hücumçu ölkəsinin "Retro" klubu ilə anlaşıb.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

C Seriyası təmsilçisi 40 yaşlı forvardla imzalanan müqavilənin detalları barədə məlumat verməyib.

 

Qeyd edək ki, Vaqner Lavın son klubu "Avay" olub.