Yoldaşlıq görüşü çərçivəsində Latviya yığması ilə qarşılaşacaq Azərbaycan milli komandası oyunun keçiriləcəyi Riqa şəhərinə yola düşüb. Sport24.az xəbər verir ki, millimizi səfərə aparan təyyarə saat 13:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanını tərk edib.

 

Komandamız iyunun 6-da Bakı vaxtı ilə saat 19:30-da matçın baş tutacağı "Skonto" stadionunda son məşqinə çıxacaq.

 

Qeyd edək ki, iyunun 7-də keçiriləcək Latviya – Azərbaycan görüşü Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.