"Komo" "Barselona"dan icarəyə götürdüyü Aleks Valyeni komandada saxlayıb. Sport24.az xəbər verir ki, İtaliya klubu ispan futbolçunun transfer hüququna yiyələnib.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

"Komo" Valye üçün "Barselona"ya 6 milyon avroluq sərbəstqalma məbləğini ödəyib. 21 yaşlı sol cinah müdafiəçisi ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

 

Qeyd edək ki, "Komo" Aleks Valyeni bu ilin yanvar ayında icarəyə götürmüşdü. İspaniya U-21 millisinin üzvü A Seriyası təmsilçisinin heyətində 15 rəsmi matçda meydana çıxıb.