"Yuventus" "Qalatasaray"ın futbolçusu Qabriel Saranı transfer etməyi planlaşdırır. Sport24.az xəbər verir ki, "qoca sinyora" Qabriel Sara üçün İstanbul klubuna müraciət edib.
"Qalatasaray"ın braziliyalı futbolçunu satmağa hazır olub-olmadığı isə hələ ki bəlli deyil.
25 yaşlı yarımmüdafiəçi 2024-cü il avqustun 4-dən Türkiyə çempionununu üzvüdür. Onun klubla müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir. Sara "Sao Paolo", "Norviç" klublarında da çıxış edib.