"Fənərbaxça"nın futbolçusu Oqnen Mimoviç yeni mövsümə Türkiyədə başlayacaq. Sport24.az xəbər verir ki, 20 yaşlı futbolçu "Kocaelispor"da oynamağa yaxındır.

 

Müqavilə ilə "Fənərbaxça"ya məxsus olan vinger 16 ildən sonra Superliqaya geri qayıdan kluba 1 illik icarəyə verilə bilər.

 

"Fənərbaxça" ilə müqavilə müddəti 2029-cu il iyunun 30-na qədər olan Mimoviç "Zenit"də icarə əsasında oynayıb.

 

Oqnen əvvəllər "Srvena Zvezda" və "OFK Beoqrad" klublarında da çıxış edib. O, Serbiya millisinin də üzvüdür.