"Latsio" "Arsenal"dan icarəyə götürdüyü Nunu Tavareşi komandada saxlayıb. Sport24.az xəbər verir ki, A Seriyası təmsilçisi portuqaliyalı müdafiəçi üçün satınalma bəndini işə salıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Latsio" Tavareş üçün "Arsenal"a 5 milyon avro təzminat ödəyib. 25 yaşlı sol cinah müdafiəçisi ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Nunu Tavareş ötən mövsüm icarə əsasında "Latsio"nun formasını geyinib. Portuqaliya millisinin üzvü Roma təmsilçisinin heyətində meydana çıxdığı 30 rəsmi matçda 9 qol ötürməsi ilə yadda qalıb.