2025/2026 mövsümündən Superliqada mübarizə aparacaq "Kocaelispor" yeni baş məşqçi ilə anlaşıb. Sport24.az xəbər verir ki, İzmit təmsilçisi Selçuk İnanla anlaşıb.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Onunla 1+1 illik müqavilə imzalanıb. 

 

"Qalatasaray"ın əfsanəvi futbolçularından hesab edilən İnan sonuncu dəfə "Qaziantep"i çalışdırmışdı. 

 

Qeyd edək ki, "Kocaelispor" 16 ildən sonra Superliqaya geri qayıdıb.