Yoldaşlıq görüşü çərçivəsində iyunun 7-də, Riqadakı "Skonto" stadionunda keçiriləcək Latviya - Azərbaycan oyunu öncəsi təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı bəlli olub. Sport24.az AFFA-ya istinadən xəbər verir ki, Fernandu Santuş sabah jurnalistlərin qarşısına çıxacaq:

 

6 iyun

 

Latviya milli komandası
12:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
16:30. Mətbuat konfransı

 

Azərbaycan milli komandası
18:45. Mətbuat konfransı
19:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

 

Qeyd: tədbirlərin başlanma saatı Bakı vaxtı ilə göstərilib.