"Mançester Yunayted"in oyunçusu Ceydon Sanço klubu tərk edə bilər. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial şəbəkə hesabında məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, 25 yaşlı ingilis icarə əsasında formasını geyindiyi "Çelsi"dən "Mançester Yunayted"ə qayıdacaq, lakin Mançesterdə oynamayacaq. "Aston Villa" və "Qalatasaray" futbolçu ilə maraqlanır.

 

Qeyd edək ki, Sanço ötən ilin yayından icarə əsasında "Çelsi"nin şərəfini qoruyur. O, başa çatan mövsümdə London klubunun heyətində 41 oyuna çıxıb, 5 qol vurub və 10 məhsuldar ötürmə edib. "Transfermarkt" onun bazar dəyərini 28 milyon avro qiymətləndirir.