"Liverpul"un yarımmüdafiəçisi Federiko Kyeza A Seriyasına qayıda bilər. Sport24.az jurnalist Orazio Accomandoya istinadən xəbər verir ki, 27 yaşlı italyanla "Milan" maraqlanır.

 

İtaliya nəhəngi Kyezanın transferi ilə bağlı danışıqlar aparır və futbolçunun özü də bu keçidin əleyhinə deyil.

 

Ancaq hələ ki, klublar arasında danışıqlar nəticəsiz qalıb. "Milan" yarımmüdafiəçini icarəyə götürmək niyyətindədir, "Liverpul" isə oyunçunu satmaq istəyir.

 

Qeyd edək ki, Kyeza ötən ilin yayında 12 milyon avroya "Yuventus"dan "Liverpul"a keçsə də, özünü doğrulda bilməyib. O, İngiltərədə 14 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.