Azərbaycan Voleybol Federasiyasının Təlim və aşağı yaş qrupları üzrə iş şöbəsinin koordinatoru Nərgiz İsmayılova kişi voleybolçular arasında keçiriləcək Qızıl Avropa Liqası oyunlarına təyinat alıb. Sport24.az xəbər verir ki, bu barədə Voleybol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Federasiya rəsmisi 6-8 iyun tarixlərində Rumıniyanın Mioveni şəhərində keçiriləcək ikinci turun oyunlarında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.
Qeyd edək ki, burada ev sahibi ilə yanaşı, Monteneqro və Latviya komandaları mübarizə aparacaqlar.