Simone İnzaqi "Əl-Hilal"ın baş məşqçisi vəzifəsinə təyin edilib. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat paylaşıb.

 

İtaliyalı mütəxəssis 2027-ci il iyunun 30-na qədər Səudiyyə Ərəbistanı klubunu çalışdıracaq. 

 

49 yaşlı məşqçi "Əl-Hilal"da illik 25 milyon avro maaş alacaq. 

 

İnzaqi "Latsio", "İnter" klublarını çalışdırıb.