Rövlan Muradov "Sumqayıt"la vidalaşıb. Sport24.az xəbər verir ki, oyunçunun klubla müddəti başa çatan müqaviləsi uzadılmayıb.

 

Muradov sosial şəbəkə hesabında "kimyaçılar"a vida edib:

 

"Sumqayıt" ailəsindən hər kəsə salamlar, vidalaşmaq vaxtıdır! Sizinlə keçirdiyim iki mövsüm karyeramda yaddaqalan və unudulmaz anlarla dolu oldu. Əməyi keçən hər kəsə təşəkkür edirəm".

 

Rövlan başa çatan mövsümdə 31 oyuna çıxıb, 1 qol vurub.