"Fənərbaxça" icarə əsasında heyətinə qatdığı Milan Şkrinyarı komandada saxlamaq istəyir. Sport24.az xəbər verir ki, Türkiyə klubu slovakiyalı müdafiəçinin müqavilə ilə məxsus olduğu PSJ ilə danışıqlara başlayıb.

 

Bu barədə "Le Parisien" nəşri məlumat yayıb.

 

PSJ oyunçunu satmağın əleyhinə deyil. Paris klubu 30 yaşlı mərkəz müdafiəçisi üçün 20 milyon avro tələb edir.

 

Qeyd edək ki, Milan Şkrinyar mövsümün ikinci yarısını "Fənərbaxça"da keçirib. Təcrübəli futbolçu İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 23 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.