Bu gün Futbol üzrə Azərbaycan Kubokunun finalı keçiriləcək. Sport24.az xəbər verir ki. mövsümün son oyununda "Qarabağ" və "Sabah" qarşılaşacaq.

 

Qurban Qurbanovun yetirmələri mövsümü "Qızıl dub""la bitirmək üçün meydana çıxacaq. Ağdam klubu ardıcıl 2-ci, tarixində 9-cu dəfə ölkə kubokuna sahib çıxmaq arzusundadır.

 

"Sabah" isə özünün ilk finalında titul qazanmaq istəyir. Vasili Berezutskinin yetirmələri tarixinin ilk titulu ilə həm də Avropa Liqasına vəsiqə qazanmış olacaq.

 

Paytaxt təmsilçisi avrokubok arzusunu reallaşdıra bilməsə, "Zirə" Konfrans Liqası deyil, Avropa Liqasında oynayacaq. Konfrans Liqasına isə "Turan Tovuz" yollanacaq.

 

Qeyd edək ki, Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionunda keçiriləcək. görüşün start fiti saat 19:00-da səslənəcək. 

 

Azərbaycan Kuboku
Final

19:00. "Qarabağ" – "Sabah" 2:3

 

Pavol Safranko, 36, pen, Kadi. Borqes, 45+2, Con İrasabal, 67, (avtoqol), Kahim Parris, 90+6, Tellur Mütəllimov, 119

 

"Qarabağ": 99. Mateus Koxalski, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir (k), 7. Yassin Benzia, 8. Marko Yankoviç, 9. Kadi Borqes, 2. Mateus Silva, 15. Leandro Andrade

 

Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 97. Fabian Buntiç, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 22. Musa Qurbanlı, 29. Marko Veşoviç, 81. Kevin Medina, 66. Patrik Andrade, 19. Redon Cica, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai

 

Baş məşqçi: Qurban Qurbanov

 

"Sabah": 92. Stas Pokatilov, 9. Anatoli Nuriyev, 8. Ayaz Quliyev, 5. Rəhman Daşdəmirov, 88. Xəyal Əliyev, 4. Sofian Çakla, 18. Pavol Safranko (k), 40. İqor Noqeyra, 70. Cesse Sekidika, 3. Con İrasabal, 13. İvan Lepiniça

 

Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 10. Namik Ələskərov, 17. Tellur Mütəllimov, 2. Amin Seydiyev, 6. Abdulax Xaybulaev, 32. Elgün Dünyamalıyev, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 11. Kahim Parris, 12. Vinsent Til, 99. Neqoş Kupusoviç, 33. Umarali Raxmonaliyev

 

Baş məşqçi: Vasili Berezutski
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Rəşad Əhmədov.
VAR: Nicat İsmayıllı.
AVAR: Fərid Hacıyev.
Ehtiyat köməkçi hakim: Cəmil Quliyev.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu