"Real"ın sabiq yarımmüdafiəçisi Toni Kroos PSJ-nin UEFA Çempionlar Liqasının 2024/2025-ci il mövsümünün finalında "İnter" (5:0) üzərində qazandığı qələbəyə münasibət bildirib. Sport24.az xəbər verir ki, ulduz futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

 

PSJ-nin hələ də öz formasını qoruyub saxladığını deyən almaniyalı komandanın baş məşçisi barədə xoş ifadələr yazıb: "Sizin əla məşqçiniz var. Təbrik edirəm".

 

Kroos Münhendə keçirilən matçda qeydə alınan qələbəyə belə şərh verib: "Bu, Çempionlar Liqası/Avropa Kuboku finalları tarixində ən böyükhesablı məğlubiyyətidir".