"Santos"un futbolçusu Neymar "Botafoqo" ilə matçda qırmızı vərəqə alması haqda danışıb. Sport24.az xəbər verir ki, 33 yaşlı forvard görüşdə topu əl ilə qapıya göndərib.

 

Nəticədə Neymar 2-ci sarı vərəqə ilə cəzalandırılaraq meydandan qovulub.

 

Braziliyalı futbolçu isə açıqlamasında hakimin qərarı ilə razılaşmadığını deyib:

 

"İkinci sarı vərəqə göstərilməli idi. Bu, doğrudur amma birinci... Hakim sadəcə gülüncdür. İlk qayda pozuntumda dərhal sarı vərəqə göstərdi. 

 

Futbolda həqiqətən də pis hakimlər var... Bu, sadəcə mənim fikrimdir. Xahiş edirəm, məni bir daha cəzalandırmayın".