"Fənərbağça"nın sabiq hücumçusu Edin Dzeko "Komo" ilə ortaq məxrəcə gəlib. Sport24.az xəbər verir ki, bu barədə Türkiyənin "Sözca" qəzeti məlumat yayıb.
39 yaşlı bosniyalı İtaliya təmsilçisi ilə bu gün rəsmi müqavilə imzalayacaq. Anlaşmanın müddəti 1 il üçün nəzərədə tutulub.
Qeyd edək ki, Dzeko Türkiyə klubunun heyətində 2024/25 mövsümündə bütün yarışlarda 53 matçda 21 qol vurub və 8 məhsuldar ötürmə edib.