"Benfika"nın 19 yaşlı müdafiəçisi Alvaro Karreras "Real"a keçməyə yaxındır. Sport24.az xəbər verir ki, bu barədə "OK Diario" portalı məlumat paylaşıb.
Tərəflər 45 milyon avroluq transfer barədə razılığa gəliblər.
Qeyd edək ki, Karreras "Kral klubu"nun yetirməsidir. Madrid təmsilçisi transferi tez yekunlaşdırcağı halda ispaniyalı futbolçu klublararası dünya çempionatında "Real"ın heyətində çıxış edəcək.