Portuqaliya millisinin baş məşqçisi Roberto Martines Almaniya ilə Millətlər Liqası matçından əvvəl oyunun çox çətin olacağını qeyd edib. Sport24.az xəbər verir ki, o. bu barədə UEFA-nın mətbuat xidmətinə açıqlama verib:

 

"Almaniya komandasına qarşı oynamaq qədər çətin bir şey yoxdur. Düşünürəm ki, alman məşqçi hər bir oyunçunun mükəmməl şəkildə yerinə yetirdiyi tapşırıqlar verir. İkinci çətinlik odur ki, biz onların meydanında oynayırıq. Bunun öhdəsindən gəlməliyik. Almaniya yığmasını çox yaxşı tanıyırıq. Bu, bizim üçün çox çətin sınaqdır. Rəqibimizə hörmət edirik, lakin Danimarka ilə cavab matçında olduğu kimi oynamaq üçün əlimizdən gələni edəcəyik".

 

Qeyd edək ki, Almaniya - Portuqaliya oyunu bu gün Münhendəki "Alyans Arena"da keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.