Portuqaliya millisinin və "Mançester Yunayted"in sabiq yarımmüdafiəçisi, 2016-cı ilin Avropa çempionu Luiş Nani karyerasını Qazaxıstanda davam etdirəcək. Sport24.az xəbər verir ki, futbolçu "Aktobe" klubu ilə razılığa gəlib.
Bu barədə klub məlumat yayıb. Qazaxıstan təmsilçisi 39 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalayıb.
Xatırladaq ki, Nani 2007-2015-ci illərdə "Mançester Yunayted"in şərəfini qoruyub. O, "qırmızı şeytanlar"ın heyətində 4 dəfə İngiltərə Premyer Liqasının qalibi olub və Çempionlar Liqasının kubokunu başı üzərinə qaldırıb. Bundan başqa, futbolçu Portuqaliya tarixində ən çox oyun keçirən və qol vuran on oyunçudan biridir.