"Barselona" "Norviç"in 2009-cu il təvəllüdlü istedadlı oyunçusu Adjay Tavareslə müqavilə bağlamağa yaxındır. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano sosial şəbəkə hesabında paylaşım edib.

 

Tavares "Norviç"in gənclər akademiyasının yetirməsidir. 16 yaşlı futbolçu bu mövsüm 18 yaşadək komandada oynayır. O, İngiltərənin U-18 liqasında səkkiz, FA Gənclər Kubokunda isə iki oyun keçirib. 

 

Qeyd edək ki, Portuqaliya kökləri olan oyunçu İngiltərənin müxtəlif yaş qruplarında oynayır. O, 15 oyunda 3 dəfə fərqlənib. Tavares həmçinin Dortmund "Borussiya"sı, "RB Leypsiq", "Bavariya", "Milan", "Yuventus", "Arsenal", "Mançester Siti" və "Çelsi"nin maraq dairəsinə düşüb.