"Milan" qapıçısı Mayk Mayna ilə müqaviləsinin uzadılması ilə bağlı şifahi razılığa gəlib. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano sosial media hesabında məlumat yayıb.
Tərəflər arasında yeni anlaşma 2031-ci ilə qədər davam edəcək.
Bir müddət əvvəl mətbuatda "rossonerilər"in qapıçını klubun ən çox maaş alan oyunçusu etməyə hazır olduğu bildirilirdi.
Qeyd edək ki, Maynanın hazırkı müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir. Bu mövsüm fransız qolkiper "Milan"ın heyətində bütün turnirlərdə 24 oyunda iştirak edib və 11 matçda qapısını toxunulmaz saxlayıb.