Bu gün keçiriləcək iki oyunla Misli Premyer Liqasında 17-ci tura yekun vurulacaq. Sport24.az xəbər verir ki, günün ilk matçı Sumqayıtda keçiriləcək.

 

Tovuz stadionunun qazonu hazır olmadığı üçün "Turan Tovuz" şəhərin eyniadlı təmsilçisini Mehdi Hüseynzadə adına stadionda qəbul edəcək. Sumqayıtda keçirilən bu görüşdə nominal meydan sahibi "boz qurdlar" olacaq.

 

Bu tur ərəfəsində hər iki komandanın aktivində 27 xal var. Bu oyunda hansı kollektiv qalib gəlsə turnir cədvəlində "Zirə"ni geridə qoyaraq üçüncü pilləyə yüksələcək. İlk dövrənin matçında "Turan Tovuz" səfərdə "Sumqayıt"ı 3:0 hesabı ilə məğlub edib.

 

Qeyd edək ki, qarşılaşmanın start fiti saat 16:00-da səslənəcək.

 

Misli Premyer Liqası

II dövrə, XVII tur

16:00. "Turan Tovuz" - "Sumqayıt" 2:1

Qol: Hayderson Hurtado, 13, Hayderson Hurtado, (avtoqol), 61, Rəhim Sadıxov, 69

Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Fərid Hacıyev
VAR: Cavid Cəlilov
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu.

 

"Turan Tovuz": 1. Oleq Baklov 29. Filip Ozobiç 17. Rəhim Sadıxov 88. Faiq Hacıyev (k) 11. Ayxan Hüseynov 5. Roderik Miller 23. Alexandro Serrano 99. Vadji İbrahima 15. Emmanuel Hakman 32. Hayderson Hurtado 7. Xorxe Silva

 

Ehtiyat oyunçular: 41. Sergey Samok 13. Mehman Hacıyev 4. Şəhriyar Əliyev 10. Xəyal Nəcəfov 2. Abdulla Rzayev 73. Ülvü Mədətov 14. Murad Dadaşev 3. Enrike Silva 90. Joarlem Santos 19. Roberto Olabe 8. David Tavareş

 

"Sumqayıt": 22. Xəyal Fərzullayev 3. Höccət Haqverdi 8. Səbuhi Abdullazadə (k) 19. Roi Kehat 9. Aleksandr Ramalinqom 14. Pedro Pinto 72. Rayan Senhadji 23. Ronaldo Vaskez 80. Keffel Resende 95. Nsana Simon 25. Abdul Raşid Mumini

 

Ehtiyat oyunçular: 56. Aftandil Arixov 12. Murad Ağamalıyev 29. Emil Mustafayev 24. Sənan Muradlı 64. Kənan Feyziyev 66. Ruslan Əliyev 37. Nihad Orucəli 97. Vüsal Paşayev 71. Masaki Murata 11. Aleksa Yankoviç