Misli Premyer liqasının XVII turuna masazırda yekun vurulacaq. Sport24.az xəbər verir ki, çempionatın lideri "Sabah" "doğma divarlar" arasında autsayder "Karvan-Yevlax"ı qəbul edir.

 

Heç şübhəsiz ki, oyunun favoriti meydan sahibləridir. Ancaq turun digər oyunları göstərdi ki, futbol sürprizlərlə dolu oyundu. "Bayquşlar" hazırda 37 xalla birinci, Yevlax təmsilçisi isə 6 xalla sonuncudur. Valdas Dambrauskasın komandası bu gün qələbə qazanacağı təqdirdə ən yaxın izləyicisi "Qarabağ"la xal fərqini 4-ə çatdıracaq. Qonaqlar isə ağır səfərdən 3 xalla qayıdacağı halda belə mövqeyini dəyişməyəcək. Ən yaxşı halda özündən irəli olan komandalarla xal fərqi artmayacaq. 

 

Qeyd edək ki, turun son matçının start fiti saat 18:30-da çalınacaq.

 

Misli Premyer Liqası

II dövrə, XVII tur

18:30. "Sabah" - "Karvan-Yevlax"

Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Müslüm Əliyev, Tural Qurbanov
VAR: Əli Əliyev
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Masazır. "Bank Respublika Arena".