"Milan"ın və İsveç millisinin keçmiş hücumçusu Zlatan İbrahimoviç məşhur aktyor Arnold Şvartsenegger ilə fotosunu paylaşıb. Sport24.az xəbər verir ki, iki ulduz Avstriyada qarşılaşıb.
İbrahimoviç və Şvartsenegger Avstriyanın Kitzbühel xizək kurortunda üz-üzə gəliblər.
İbrahimoviç fotoya "We will be back" - "Biz geri qayıdacağıq" şərhini yazıb.