"Verona"nın sabiq hücumçusu Covan Santana karyerasını "Napoli"də davam etdirəcək. Sport24.az xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb.
Mənbənin sözlərinə görə, forvardın keçidi Neapol klubuna 2 milyon avroya başa gəlib. Futbolçunun yeni klubu ilə anlaşması 2030-cu ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Covan ötən ilin yayında azad agent kimi "Korintians"dan "Verona"ya keçib. Braziliyalı oyunçu cari mövsümdə meydana çıxdığı 23 oyunda üç qol və dörd məhsuldar ötürmə ilə yadda qalıb.