Misli Premyer Liqasının XVII turunda "Kəpəz" səfərdə "Qarabağ"la qarşılaşıb. Sport24.az xəbər verir ki, qarşılaşma "sar-göylər"in 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları 24-cü dəqiqədə Ryonosuke Ohori və 55-ci dəqiqədə Şahverdiyev vurublar. "Qarabağ" üzərində bu qələbə "Kəpəz" üçün daha bir cəhətdən əlamətdar olub.
Gəncə klubu ölkə çempionatlarında 100-cü səfər qələbəsini bayram edib.
Qeyd edək ki, gəncəlilər çempionatlardakı ilk səfər qələbəsini 1992-ci ildə "Plastik" (Salyan) üzərində qazanıb – 3:0.