Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) XIV tur yekunlaşır. Sport24.az xəbər verir ki, son oyun günündə 2 qarşılaşma keçiriləcək.
Bölgənin eyniadlı təmsilçisi Şəki Olimpiya İdman Kompleksində NTD-ni qəbul edəcək. Bu matç saat 14:00-da başlayacaq.
Bakı İdman Sarayında isə "Neftçi" "Abşeron Lions"la üz-üzə gələcək. Qarşılaşmanın start fiti saat 18600-da səslənəcək.
"Abşeron Lions" 25 xalla A qrupunda ikinci, 18 xala malik "Neftçi" üçüncüdür. 15 xalı olan "Şəki" beşinci sırada yer alıb. NTD isə 13 xalla sonuncu - altıncıdır.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sumqayıt" "Ordu"nu (100:96), "Quba" "Lənkəran"ı, (86:68) "Naxçıvan" "Sərhədçi"ni (65:57), "Sabah" isə "Gəncə"ni (101:77) məğlub edib.