Almaniya Bundesliqa çempionatının 19-cu turunda "Bavariya" gözlənilməz məğlubiyyətlə üzləşib. Almaniya nəhəngi "Auqsburq"a 1:2 hesabı ilə məğlub olub. Sport24.az xəbər verir ki, bu, "Bavariya"nın mövsümdə ilk məğlubiyyəti idi.

 

Klub sonuncu dəfə ötən il martın 8-də evdə "Bohum"a 3:2 hesabı ilə uduzmuşdu.

 

Bu, Münhen klubunun Almaniya liqasında ikinci ən uzun məğlubiyyətsiz seriyasıdır.