Misli Premyer Liqasının XVII turunun "Turan Tovuz" – "Sumqayıt" oyunundan (2:1) sonra meydan sahibi komandanın baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…
– Fikirləşirəm ki, ikinci qolu tez vursaydıq, oyun daha rahat alınardı. Epizodlarımız var idi. Uşaqlara təşəkkür edirəm ki, vəziyyətə düzəliş etdilər.
– Fasilədə komandanı istədiyiniz kimi hazırlaya bilmisinizmi?
– Yaxşı çalışmışıq. Hər şey qaydasındadır.