Misli Premyer liqasının XVII turuna masazırda yekun vurulacaq. Sport24.az xəbər verir ki, çempionatın lideri "Sabah" "doğma divarlar" arasında autsayder "Karvan-Yevlax"ı qəbul edir.
Heç şübhəsiz ki, oyunun favoriti meydan sahibləridir. Ancaq turun digər oyunları göstərdi ki, futbol sürprizlərlə dolu oyundu. "Bayquşlar" hazırda 37 xalla birinci, Yevlax təmsilçisi isə 6 xalla sonuncudur. Valdas Dambrauskasın komandası bu gün qələbə qazanacağı təqdirdə ən yaxın izləyicisi "Qarabağ"la xal fərqini 4-ə çatdıracaq. Qonaqlar isə ağır səfərdən 3 xalla qayıdacağı halda belə mövqeyini dəyişməyəcək. Ən yaxşı halda özündən irəli olan komandalarla xal fərqi artmayacaq.
Qeyd edək ki, turun son matçının start fiti saat 18:30-da çalınacaq.
Misli Premyer Liqası
II dövrə, XVII tur
18:30. "Sabah" - "Karvan-Yevlax" 1:0 (Birinci hissə)
Aron Maluda, 9
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Müslüm Əliyev, Tural Qurbanov
VAR: Əli Əliyev
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Masazır. "Bank Respublika Arena".
"Sabah": 92. Stas Pokatilov (k) 46. Aleksey İsayev 9. Xəyal Əliyev 21. Velko Simiç 40. İqor Noqeyra 80. Akim Zedadka 3. Stiv Solvet 27. Timoteuş Puxaç 13. İvan Lepiniça 7. Umarali Raxmonaliyev 19. Aron Maluda
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev 72. Rustam Samiqullin 17. Tellur Mütəllimov 10. Anatoli Nuriyev 2. Amin Seydiyev 5. Rəhman Daşdəmirov 6. Abdulax Xaybulaev 70. Cesse Sekidika 11. Kahim Parris 22. Zinedin Uld Xaled 53. Andrey Santos 83. Stefen Ende
Baş məşqçi: Valdas Dambrauskas
"Karvan-Yevlax": 99. Pedro Mateuş 6. Vadim Abdullayev (k) 17. Samir Abdullayev 5. Emin Rüstəmov 20. Coy Sleyd Mikels 2. Şakil Sno 11. Kayl Spens 37. Mois Nqvisani 19. Tompson Qavi 8. Peter Kinqs 4. Olavale Doyeni
Ehtiyat oyunçular: 1. Kamran İbrahimov 25. Əmrah Bulud 32. Elvin Yunuszadə 33. Eltun Turabov 42. İbrahim Qədirzadə 13. Vüsal Məsimov 14. Uğur Cahangirov 77. Əli Abdullayev 16. Rauf Rüstəmli 10. Samuel Durrant
Baş məşqçi: Fizuli Məmmədov