"Atalanta"nın Hücumameylli yarımmüdafiəçi Daniel Maldini "latsio"ya keçməyə yaxındır. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano sosial şəbəkə hesabında məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, əfsanəvi italyan müdafiəçisi Paolo Maldininin 24 yaşlı oğlu, Roma klubuna sonradan almaq hüququ ilə icarəyə veriləcək.

 

Qeyd edək ki, Daniel cari mövsümdə "Atalanta"nın heyətində bütün turnirlərdə 11 oyunda iştirak edib və 1 məhsuldar ötürmə edib.