Dünən baş tutan "Kristal Pelas"la oyun "Çelsi"nin vingeri Estevao üçün əlamətdar olub. Sport24.az "Opta"ya istinadən xəbər verir ki, futbolçu London klubunun tarixində İngiltərə Premyer Liqasının matçında qol vuran və məhsuldar ötürmə edən ikinci ən gənc oyunçu olub. 

 

Matç zamanı braziliyalı 18 yaş 276 günlük idi.

 

Əvvəllər yalnız Neil Şipperli bu nailiyyətə daha erkən yaşda imza atıb. O,1993-cü ilin aprelində, 18 yaş 164 günlüyündə "Uimbldon"a qarşı oyunda qol vurmuş və məhsuldar ötürmə etmişdi.

 

Qeyd edək ki, matç londonluların 3-1 hesablı qələbəsi ilə başa çatdı.