"Şalke 04"ün hücumçusu Edin Dzeko II Bundesliqanın "Kayzerslautern"ə qarşı (2-2) dünən keçirilən oyunda fərqlənib. Sport24.az xəbər verir ki, bununla da o, adını tarixə yazdıdırıb.
Oyun zamanı 39 yaş, 10 ay və 8 günlük olan bosniyalı futbolçu II Bundesliqada qol vuran ən yaşlı futbolçu olub.
Əvvəllər bu rekord 1979-cu ilin fevral ayında adını tabloya yazdıran Helmut Hallerkə məxsus idi. Hallerk fərqlənəndə Dzekodan təxminən üç ay kiçik olub.
Qeyd edək ki, bu, Dzekonun "Şalke 04"də debüt matçı idi. O, yanvarın 22-də müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulan müqavilə imzalayıb. Hücumçu əvvəllər "Fiorentina", "Fənərbaxça", "İnter", "Roma", "Mançester Siti" və "Volfsburq" kimi komandaların formasını geyinib.