"Sabah"ın futbolçusu Ayaz Quliyev karyerasını Rusiyada davam etdirəcək. Sport24.az xəbər verir ki, bu barədə rusiyalı insayder İvan Karlov sosial şəbəkə hesabında məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, 29 yaşlı yarımmüdafiəçi 2021/22 mövsümündə formasını geyindiyi Tula "Arsenal"ı ilə ortaq məxrəcə gəlib. 

 

Quliyev Rusiya klubuna azad agent kimi qoşulacaq. Yarımmüdafiəçi "Arsenal"la müdddəti 2027-ci ilə qədər nəzərdə tutulan müqavilə imzalayacaq.

 

Qeyd edək ki, Ayaz Quliyev cari mövsümdə "Sabah"ın heyətində cəmi 136 dəqiqə meydanda olub.