"Liverpul" rəhbərliyi Xabi Alonsonu baş məşqçi postunda görmək istəyir. Sport24.az "AS" nəşrinə istinadən xəbər verir ki, ingilis klubunun rəhbərliyi artıq ispan məşqçinin nümayəndələri ilə əlaqə saxlayıb.

 

Bir müddət əvvəl mətbuatda "Liverpul"un İngiltərə Premyer Liqasının 23-cü turunda "Bornmut"a 2-3 hesabı ilə məğlub olduqdan sonra istefaya göndəriləcəyi gözlənilən baş məşqçi Arne Slotun yerinə namizədlər axtardığı barədə xəbərlər yayılıb.

 

Qeyd edək ki, ötən yay "Real"ın baş məşqçisi təyin olunan Alonso bu ay "Kral klubu"ndan ayrılıb.