"Milan" Rafael Leao üçün 130 milyon avrodan çox pul əldə etmək istəyir. Sport24.az xəbər verir ki, "Kicker"in məlumatına görə, "Bavariya" portuqaliyalı vingerə maraq göstərir və Münhen klubunun nümayəndələri ilə futbolçunun agentləri keçən həftə artıq görüşüblər.

 

Portuqaliyalı oyunçu hazırda Almaniya çempionu olan komandada oynamağa qarşı deyil.

 

"Rossonerilər" portuqaliyalı üçün 130 milyon avro tələb edir, baxmayaraq ki, onun sərbəstqalma məbləği 175 milyon avrodur. Yaxın zamanda bu məbləğin daha da aşağı düşməsi istisna edilmir. Bununla yanaşı, "Milan"ın yeni baş məşqçisi Massimiliano Alleqri Leaonu komandada saxlamağı planlaşdırır.

 

Bu mövsüm 25 yaşlı oyunçu A Seriyasında 34 oyuna çıxıb, 8 qol vurub və 8 məhsuldar ötürmə edib.