Bordoda keçirilən turnir zamanı14 yaşlı futbolçu dünyasını dəyişib. Sport24.az xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb.
Mənbənin sözlərinə görə, iyunun 1-də keçirilən oyun zamanı yeniyetmə futbolçu rəqiblə toqquşaraq ciddi xəsarət alıb. O, huşunu itirib, komaya düşüb və xəstəxanaya yerləşdirilib. Həkimlər qaraciyərdə daxili qanaxma səbəbindən bir neçə əməliyyat keçirsələr də, yeniyetməni xilas edə bilməyiblər.
Bu səbəbdən klub akademiyanın bütün məşqlərini ləğv edib və komandanın digər oyunçuları üçün psixoloji dəstək mərkəzi yaradıb.