Serbiyalı futbolçu Duşan Tadiç "Fənərbağça"dan ayrılıb. Sport24.az xəbər verir ki, yarımmüdafiəçinin klubla müddəti başa çatan müqaviləsi uzadılmayıb.
Tadiç sosial şəbəkə hesabında paylaşım edərək "Fənərbağça" azarkeşlərinə vida edib.
36 yaşlı futbolçu "Fənərbağça"da 109 oyunda 29 qol vurub, 35 məhsuldar ötürmə edib.