Bornmut"un müdafiəçisi Miloş Kerkez "Liverpul"a keçməyə yaxındır. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, "qırmızılar" 21 yaşlı macarın transferi ilə bağlı danışıqların növbəti mərhələsini keçirəcək. Tərəflər keçən həftə futbolçunun şəxsi müqaviləsinin şərtlərini razılaşdırıblar. Bu dəfə isə  "Bornmut"la ortaq məxrəcə gəlməyə çalışacaqlar.

 

Qeyd edək ki, Kerkez başa çatan mövsümdə 41 oyun keçirib, 2 qol vurub və 6 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı müdafiəçinin transfer dəyərini 45 milyon avro qiymətləndirir.