İtaliyanın "Latsiio" klubunun yeni baş məşqçisi müəyyənləşib. Sport24.az xəbər verir ki, A Seriyası təmsilçisini Mauritsio Sarri çalışdıracaq.

 

Bu barədə klubun mətbuaat xidməti məlumat yayıb.

 

66 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.

 

Qeyd edək ki, Mauritsio Sarri 2021-2024-cü illərdə "Latsio"nun baş məşqçisi olub. O, paytaxt klubundan ayrıldıqdan sonra işsiz idi.