AFFA-nın təşkilatçılığı ilə Təhsil və Reabilitasiya Mərkəzində qapıçılar üzrə məşqçilər üçün UEFA-nın A kateqoriyalı məşqçi kursunun I mərhələsi keçirilib. Sport24.az AFFA-ya istinadən xəbər verir ki, iki gün çəkən məşğələlərə təlimatçı Faiq Əzizov rəhbərlik edib.

 

Tədbirin ilk günündə AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə və təhsil şöbəsinin rəhbəri Aslan Kərimov da iştirak ediblər.

 

Kurs fasilələrlə 1 il dəvam edəcək.