Azərbaycan Kubokunun "Qarabağ" – "Sabah" finalından (2:3) sonra "Sabah"ın baş məşqçisi Vasili Berezutski jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

 

– Futbolçularımız təbrik edirəm. Maraqlı, gərgin oyun oldu. Uşaqlar sona qədər əziyyət çəkdilər və bəhrəsini gördülər.

 

– Bu titul klubda qalmağınıza səbəb olacaq?

– Bilmirəm, yaxın günlərdə görüşümüz olacaq.

 

– Qalmaq istəyirsiniz?

– Bunları eşidəcəksiniz. Klub rəhbərliyi ilə müzakirədən sonra aydın olacaq.

 

– "Qarabağ"a məğlub olmamısınız. Bunun resepti nədir?

– "Qarabağ" Azərbaycanın ən güclü komandasıdır. Bunlar uşaqların, məşqçilərin əziyyətinin bəhrəsidir.

 

Nuh Tarverdiyev