Minifutbol üzrə Azərbaycan millisi növbəti oyununu keçirib. Sport24.az xəbər verir ki, yığmamız Bakıda keçirilən dünya çempionatında yarımfinal matçına çıxıb.

 

Elşad Quliyevin yetirmələri Monteneqro ilə üz-üzə gəlib. Milli Gimnastika Arenasında baş tutan görüş millimizin qələbəsi ilə yekunlaşıb. 2:1 hesabı ilə qalib gələn komandamızın heyətində Ağaseyid Qasımov və Ramiz Çovdarov fərqləniblər.

 

Qələbə sayəsində Azərbaycan yığması dünya çempionatının ilk finalçısı olub. Millimizin rəqibi Macarıstan - Çexiya matçında müəyyənləşəcək.

 

Dünya çempionatı

Yarımfinal

30 may

20:00. Azərbaycan - Monteneqro - 2:1

Qollar: Ağaseyid Qasımov, 23. Ramiz Çovdarov, 44 - Nikola Radoniç, 30